"Qəbələ" qrupu lider tamamladı

11.02.2016 | 2950 dəfə oxunub

“Bakcell U-14 Elit kuboku”nun qrup mərhələsinə yekun vurulub.

Stadium.Az xəbər verir ki, “Qəbələ”nin U-14 komandası mərhələni 1-ci yerdə başa vurub. A qrupunda mübarizə aparan “qırmızı-qaralar” keçirdiyi hər 3 qarşılaşmada qalib gəlib. Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız son turda “Sumqayıt”ı 2 cavabsız qolla keçib. Bununla da 1/4 finala qrup qalibi kimi yüksələn komandamız bu mərhələdə Şimal-Qərb Elit yığması ilə üz-üzə gələcək.    

“Qəbələ”nin aşağı yaş qrupları üzrə digər komandaları isə AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlarına çıxıb.    Son matçında səfərdə AZAL-ı 4:3 hesabı ilə məğlub edən U-17 14 oyunda 37 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 2 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir. “Rəvan”ı 5:0 hesabı ilə yenən U-16 oyundan sonra 48 xalla 1-ci pillədəki yerini möhkəmləndirib.    

U-15 isə ardıcıl qələbə sayını 23-ə çatdırıb. “Neftçi” PFK ilə ev oyununda 5:4 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar” səfərdə AZAL-ı məğlub edib – 7:1. U-19 Qızlar Liqasında çıxış edən komandamız 2016-cı ildə ilk oyununu keçirib. “Qırmızı-qaralar” XI turun matçında “Neftçi”yə uduzub – 2:8. Hesabında 14 xal olan “Qəbələ” 4-cü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail