Zenyov məşqlərə başladı

11.02.2016 | 2669 dəfə oxunub

“Qəbələ” Topaz Premyer Liqasının XXI turunun “Sumqayıt”la oyununun hazırlıqlarına start verib.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, XX turun fevralın 7-də keçirilən “İnter”lə səfər qarşılaşmasının (1:0) ertəsi gün hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.

Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində yalnız zədəli Aleksey Antonov iştirak etməyib. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komandadan ayrı məşq edib. XIX turun “Kəpəz”lə Gəncədəki matçında zədələnərək, əvəzlənən Sergey Zenyov 10 günlük fasilədən sonra kollektiv çalışmalara qatılıb. Estoniyalı futbolçu komanda ilə birlikdə mövsümün ilk ev oyununa hazırlaşıb. 
“Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında baş tutacaq.

“Qəbələ” – “Sumqayıt” oyunu fevralın 14-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail