UEFA və AFFA təşkilati işlər birgə həyata keçiriləcək

12.02.2016 | 2901 dəfə oxunub

2016-cı il mayın 5-dən 21-dək ölkəmiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.

Stadium.Az xəbər verir ki, bu çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq və turnir ərzində oynanılacaq 31 qarşılaşma Bakı şəhərində yerləşən Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena" və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.

Onu da bildirmək istərdik ki, çempionatın rəsmi püşkatma mərasiminin 8 aprel 2016-cı il tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci il təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldo, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir.

2015-ci ildə U-17 Avropa çempionatı Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.

Məlumat üçün qeyd edək ki, 2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir. Çempionatın maliyyə tərəfinə gəldikdə isə, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək, ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1.000.000 avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.

17 yaşadək futbolçular arasında Azərbaycan yığma komandasının Avropa çempionatının final mərhələsində iştirak edəcəyini nəzərə alaraq, AFFA hər birinizi oyunları stadionlarda izləməyə və yığmamıza dəstək olmağa dəvət edir. (AFFA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail