Şahin Diniyev "Qarabağ"la oyundan danışdı

12.02.2016 | 3303 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək.

Stadium.Az xəbər verir ki, fevralın 14-də keçiriləcək oyun öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına matçla bağlı fikirlərini bölüşüb:

“Deməzdim ki, xüsusi hazırlıq planı ilə hazırlaşırıq, adi təqvim oyunudur. Bununla belə, bizi çətin imtahan gözləyir. “Qarabağ” həm heyət, həm oyunçuların səviyyəsi, həm də baş məşqçi baxımından güclüdür. Bunların hamısı vəhdət təşkil edərək ortaya yaxşı komanda çıxarıb. Ağdam klubuna qarşı əvvəlki iki görüşdə uduzmağımızı uğursuzluq kimi qəbul etmək istəmirəm. “Qarabağ”a uduzmaq ayıb deyil. Onlara qarşı layiqli mübarizə aparmaq, yaxşı futbol sərgiləmək vacibdir. Proqnoz verməyi xoşlamıram. Bizi çempionatda ən ağır, ən çətin oyun gözləyir. Düzdür, bütün görüşlər çətindir, amma qarşıdakı oyun ikiqat ağır olacaq. Birincisi, evdə azarkeşlərimiz önündə oynayacağıq, ikincisi isə ardıcıl iki qələbədən sonra bizdən böyük şeylər gözlənilir. Bu da başa düşüləndir. Bir şeyi unutmayaq ki, nəinki Azərbaycanda, hətta Avropada top klublardan birinə qarşı oynayacağıq. Uğurlu nəticə üçün çalışacağıq, amma buna nə qədər nail ola biləcəyimizi oyun göstərəcək. Azarkeşlər üçün maraqlı matç olacaq”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail