AFFA xəbərdarlıq etdi

16.02.2016 | 2703 dəfə oxunub

AFFA ölkəmizdə futbolun kütləviliyinin təmin olunması və sağlam həyat tərzinin təbliği məqsədilə respublikamızın müxtəlif bölgələrində quraşdırdığı süni ötüklü meydançalarla bağlı müəyyən məqamlara aydınlıq gətirmək istəyir.

Stadium.Az xəbər verir ki, AFFA rəsmi facebook səhifəsinə gələn müraciətləri nəzərə alaraq, bunları açıqlayıb:

"Meydançaların quraşdırılmasında məqsəd uşaqlara, yeniyetmələrə, gənclərə bu gözəl idman növü ilə məşğul olmaq, futbol oynamaq üçün şərait yaratmaqdır. Meydançalar əsasən məhəllələrdə, orta, orta ixtisas, ali məktəb və digər ərazilərdə quraşdırılıb. AFFA tərəfindən heç bir süni örtüklü meydança hər hansı şəxsi ərazidə quraşdırılmayıb. AFFA süni ot örtüyünün və onun quraşdırılmasının qarşılığında pul almayıb və bütün bu işlər assosiasiyanın vəsaiti hesabına həyata keçirilib. Meydançaya süni ot örtüyünün quraşdırılması prosesi başa çatdıqdan sonra AFFA həmin meydançanı ərazinin məxsus olduğu və meydançanın salınması barədə müraciət etmiş təşkilatın istifadəsinə verir. Həmin təşkilat da meydançanın istifadəsinə tam məsuliyyət daşıyır. Lakin, meydançanın məhz futbol məqsədilə istifadəsinə daha da əmin olmaq üçün AFFA orada xüsusi lövhələr quraşdıraraq ictimaiyyətə müraciət edir ki, meydançaların istifadəsi üçün pul tələb olunarsa, assosiasiyaya məlumat verilsin. Gələcəkdə, həmin meydança istifadəyə yararsız vəziyyətə düşdükdə və AFFA-ya yenilənmə ilə bağlı müraciət daxil olduqda, müraciət müsbət cavablandırılmayacaq. Çünki həmin meydançadan müvafiq təşkilat və ya ayrı-ayrı şəxslər pul qazanıb, kommersiya məqsədilə istifadə ediblər. 
Süni örtüklü meydançalar barədə bütün şikayət və təkliflər AFFA tərəfindən nəzərə alınır və gələcək fəaliyyət üçün qeydiyyatı aparılır. Bizim əsas məqsədimiz uşaqlara, yeniyetmələrə, gənclərə ödənişsiz olaraq futbol oynamaq üçün şərait yaratmaqdır. Əgər bəzi şəxslər bu layihədən şəxsi məqsədləri üçün istifadə edirsə, bu, o adamların vicdanının öhdəsinə düşür.
Fəallığınız üçün sizə təşəkkür edirik! İndi isə sizdən kompüterdən (və ya telefondan) ayrılaraq futbol oynamaq üçün meydançaya getməyinizi xahiş edirik!"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail