"Kəpəz"in futbolçusu: “İnter” kifayət qədər ciddi və güclü rəqibdir"

19.02.2016 | 3007 dəfə oxunub

“Qarşıdakı oyuna hazırlığımız həmişə olduğu kimi yüksək səviyyədə keçib. Xüsusi bir məşq planı olmayıb. Digər görüşlərə necə hazırlaşmışıqsa, elə də məşq etmişik. Çempionatda asan oyun və ya zəif rəqib anlayışı yoxdur. Bilirik ki, “İnter” ilə matç bizim üçün çətin keçəcək. Hədəfimiz bəllidir – qələbə qazanmaq istəyirik”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Tural Rzayev Premyer Liqanın 22-ci turunda "İnter"lə oyun öncəsi deyib.
 
O, qarşılaşmanın gərgin keçəcəyini bildirib:

 “İnter” kifayət qədər ciddi və güclü rəqibdir. Komandanın turnir cədvəlindəki yeri də gücündən xəbər verir. Rəqibin heyətində çox təhlükəli yerli və əcnəbi futbolçular var. Ona görə qarşıda bizi asan oyunun gözləmədiyini söyləyə bilərəm”.
 
Gənc yarımmüdafiəçinin sözlərinə görə, “Kəpəz” öz oyununu nümayiş etdirə bilsə, komanda “İnter” ilə görüşdə arzuladığı nəticəni qazana biləcək:

 “Əvvəlki turlarda göstərdiyimiz oyunu sərgiləyə bilsək, qalib gələcəyik. Çempionatda öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik. Məncə, Premyer Liqada ən yaxşı, baxımlı və rəngarəng futbol nümayiş etdirən komandalardan biri elə “Kəpəz”dir. Qış fasiləsindən sonra “Qəbələ”, AZAL və “Qarabağ”la matçlarda necə mübarizə apardığımız hamı gördü. Sonuncu görüşün ilk 15 dəqiqəsini çıxmaq şərtilə Ağdam klubu ilə başabaş oynadıq. “Qarabağ” ilə matçın ədalətli nəticəsi də, heç-heçə idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail