"Qəbələ" AVIS-lə əməkdaşlığa başladı

19.02.2016 | 2772 dəfə oxunub

“Qəbələ” İdman Klubu ilə AVIS Azərbaycan şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Stadium.az xəbər verir ki, müqaviləyə əsasən, AVIS “Qəbələ”ni 1 il ərzində nəqliyyat vasitələri ilə təmin edəcək. AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.

Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

AVIS-in Azərbaycan üzrə rəhbəri Berat Ecemiş əməkdaşlıqla bağlı fikirlərini açıqlayıb:

“AVIS şirkəti olaraq 161 ölkədə - 4850 ofisdə müştərilərimizə xidmət göstəririk. AVIS Türkiyə isə 75 ofis və  ölkə xaricində çalışan 2 şirkətlə fəlaiyyətini davam etdirir. Hazırda “rent a car” sektorunun lideri mövqeyində möhkəmlənən şirkətimiz dünyada və Türkiyədə müxtəlif idman növləri üzrə sponsorluqlar həyata keçirməkdədir. AVIS Azərbaycan ölkənin qabaqcıl futbol və idman markası “Qəbələ” ilə əməkdaşlığa start verməkdən sevinc duyur. İnanırıq ki, “Qəbələ” İK bu mövsüm Avropada əldə etdiyi uğurlu nəticələrə təkrarlayacaq və əməkdaşlığımız qarşıdakı illərdə də davam edəcək”.

“Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal da əməkdaşlığa görə sevinc duyduğunu bildirib:

“AVIS kimi sektorunun öncül firmalarından biri ilə sponsorluq müqaviləsi imzaladığımıza görə sevinc duyuruq. AVIS ilə Türkiyədə çalışdığım müddətdə də əməkdaşlıq etmək imkanına sahib olmuşdum. Ümid edirəm ki, AVIS ilə əməkdaşlığımız üzunmüddətli olacaq. “Sarar” və AVIS kimi türk şirkətləri ilə müqavilələr gələcəkdə başqa firmalar üçün bizimlə əməkdaşlıq baxımından gözəl nümunə olacaq”.

AVIS Türkiyənin ən böyük istehsal və xidmət nəhənglərindən biri olan Koç Holding-in üzvü SET AUTO LTD tərəfindən 15 aprel 1997-ci il tarixindən Azərbaycan bazarına təqdim edilib. 2002-ci ildən etibarən AVIS Azərbaycan avtomobil icarəsi və sürücü xidməti gostərməsi məqsədilə öz avtoparkını 200 avtomobil və 80 sürücüyə qədər artırıb. Bu gün AVIS 200-dən çox avtoparkı ilə Azərbaycanda uzunmüddətli və qisamüddətli avtomobil icarəsi sektorunun lideridir. Şirkətin məqsədi müştərilərinin uzunmüddətli və qısamüddətli dövrdə avtomobil icarəsinə olan tələbatlarını ödəmək, işçilərinə, əməkdaşlarına və cəmiyyətə dəyər vermək və layiqli xidmət göstərməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail