Veteran futbolçularımızın “artistliyi” alınmadı - BİABIRÇILIQ

23.02.2016 | 2629 dəfə oxunub

Azərbaycan millisinin sabiq futbolçuları biabırçılıqla üzləşiblər. Stadium.Az xəbər verir ki, futbol meydanlarında dəfələrlə darmadağınla üzləşən veteranlarımız bu dəfə İranda başıaşağı olublar.

Cənub qonşularımız artistlərdən təşkil olunan yığmalar arasında beynəlxalq turnir təşkil etsə də, Azərbaycanı yarışda incəsənət xadimləri deyil, futbolçular təmsil edib. Düzdü, “World Artists 7-Man Football Match” adlı turnirin mükafatlar uğrunda mübarizə aparan digər komandalar da heyətinə bir neçə peşəkar futbolçu qatıb.

Lakin Azərbaycan millisində “artist”lərin çoxluğu fonunda incəsənət xadimləri kölgədə qalıb. Vaxtilə milli komandamızda oynamış Arif Əsədov, Alim Qurbanov, Ramiz Məmmədov, Kənan Kərimov, Əli Abışov, Ədəhim Niftəliyev,  həmçinin müxtəlif klublarda çıxış etmiş Elşad Quliyev və qapıçı İlqar Ağazadənin yer aldığı “artistlər yığması”nda meyxanaçı Vüqar da yer alıb. Təbii ki, yeniyetmələr arasında dünya və Avropa çempionu olan Əsədov kimi veteranla eyni komandada oynamaq gücündə olmayan sonuncu elə ehtiyatda qalıb.

Ulduz heyətinə görə yarışın əsas favoriti olan və kuboku qazanacağı gözlənilən komandamız İranda biabırçı nəticəyə imza atıb.

Belə ki, sabiq futbolçularımız başqa ölkələrin artistləri ilə oyunlarda da uğur qazana bilməyib. Nəticədə ulduzlarımız qrup mərhələsini adlaya bilməyib.

Qeyd edək ki, millimizlə birlikdə Braziliya, Almaniya, Yunanıstan, Macarıstan, Yaponiya, Qazaxıstan, Polşa, İsveç və Türkiyənin də mübarizə apardığı turnirin final matçında İranla Rumıniya qarşılaşıb. Həlledici görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib.

Mənbə: azerifootball.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail