Qətərdə "Qəbələ" üçün ikincilik

25.02.2016 | 2647 dəfə oxunub

Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub.

Stadium/Az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının, yerli “Aspire”nin və Fransa “Mets”inin üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın son günündə “qırmızı-qaralar” meydan sahibləri ilə görüşüb.

U-10 komandalarının oyununda Qətər təmsilçisi qalib gəlib – 7:1. “Qəbələ”nin yeganə qoluna Murad Abdullayev imza atıb. Ötən tur “Mets”ə 1:3 hesabı ilə uduzan Anar Surxayevin yetirmələri 3-cü yeri tutub.

İlk oyununda fransalılara 5:4 hesabı ilə qalib gələn U-11 komandası da meydan sahibləri ilə matçdan xalsız ayrılıb – 0:4. Namiq Əliyevin yetirmələri turniri 2-ci pillədə başa vurublar.

U-12-lərin mübarizəsində də qalib gələn “Aspire” olub - 4:2. “Qəbələ”nin qollarına Hüseyn Hüseynzadə və Cavad Kərimov imza atıblar. “Mets”ə də uduzan (1:7) Zaur Hacıyevin yetirmələri turnirin 3-cüsü olublar.

Qeyd edək ki, U-10 və U-11-lərin yarışında “Aspire”, U-12-lərin turnirində isə “Mets” qalib adına yiyələnib. Turnirin son oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə yarışın bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail