"Kəpəz" Bakıda hazırlığını bitirdi

25.02.2016 | 2498 dəfə oxunub

Premyer Liqasının XXIII turunda fevralın 27-də Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı hazırlığını yekunlaşdırıb. Stadium.Az xəbər verir ki, paytaxtda bu gün sonuncu məşqini keçirən komanda sabah Gəncəyə qayıdacaq. 
 
"Sarı-göylər”in “Sumqayıt” görüşü öncəsi sonuncu hazırlığı matçın keçiriləcəyi şəhər stadionunda olacaq. Məşq saat 16:00-a təyin olunub.  Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.“Kəpəz”in Bakı hazırlığı itkilərlə keçib. Belə ki, Orxan Əliyev, Xəzər Qəribov, Budaq Nəsirov, Junior Osvaldo zədə, Tərlan Quliyev isə qripə yoluxduğundan məşqləri buraxmaq məcburiyyətində qalıb. Adı çəkilən ilk iki futbolçunun qarşıdakı ev oyununda meydana çıxmayacağı dəqiqdir. Quliyev isə tam sağalıb və səhhətində heç bir problem yoxdur. Nəsirovla Osvaldo Gəncəyə gəlsə də, onların oynayıb-oynamayacağı matç günü bilinəcək. Tibb personalı hər iki yarımmüdafiəçini hazır vəziyyətə gətirmək üçün səylərini davam etdirir. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail