Şahin Diniyev: "Rəqib elə-belə komanda deyil"

27.02.2016 | 2652 dəfə oxunub

"Kəpəz" bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Sumqayıt"la qolsuz bərabərə qaldı. Stadium.Az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyun barədə belə danışıb: 

"Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar.  Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı. Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm. 

“Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abbasovun işi görünür".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail