"Qəbələ" CNN-nin diqqət mərkəzində - FOTO

19.10.2011 | 5678 dəfə oxunub

Amerikanın məşhur telekanalının Azərbaycan haqqında hazırladığı “Eye On Azerbaijan“ proqramının idman bölümü komandamıza həsr olunub.

Klubdan Stadium.az-a verilən məlumata görə, Azərbaycan Gənclər və Turizm Nazirliyinin dəvətilə Amerikanın “CNN International” telekanalının əməkdaşları ölkəmizə gəliblər. Dünyanın 200-dən artıq dövlətində verilişlərini yayınlayan telekanalın işçi qrupunun səfərində məqsəd respublikamız haqqında “Eye On Azerbaijan“ (Azərbaycana baxış) adlı silsilə proqram hazırlamaqdır. CNN-nin xüsusi layihəsi olan bu proqram, adətən, hər dəfə bir ölkəyə həsr edilərək, həmin ölkənin mədəniyyəti, tarixi, incəsənəti və idmanı haqqında dünya tamaşaçılarına maraqlı məlumat verir. CNN bu dəfə Azərbaycanı seçib. 

Sevindirici haldır ki, “Eye On Azerbaijan“ proqramının idman bölümündə “Qəbələ” Futbol Klubu haqqında danışılacaq. Bu məqsədlə oktyabrın 16-da Qəbələdə olan məşhur telekanalın çəkiliş qrupunun üzvləri komandanın baş məşqçisi Toni Adamsla görüşüb, ondan müsahibə alıblar. Daha sonra qonaqlar “Qəbələ” – “Kəpəz” matçını izləyiblər. CNN əməkdaşları həmçinin Qəbələ stadionunda, komandanın bazasında olub, süjetlər hazırlayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail