"Neftçi" yenidən "3" aldı

07.03.2016 | 3428 dəfə oxunub

“Neftçi”nin Azərbaycan Premyer Liqasındakı məğlubiyyət seriyası 3-ə çatıb. Stadium.Az xəbər verir ki, “Xəzər Lənkəran” üzərində 1:0 hesablı qələbədən sonra çempionatda keçirdiyi hər 3 oyunda uduzan “ağ-qaralar” Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. 

XXII turda “Qarabağ”a 0:2, ardınca “Zirə”yə 0:3 hesabı ilə yenilən bakılılar bu dəfə də “Qəbələ”dən xal ala bilməyib – 1:2. Baş məşqçi Əsgər Abdullayevin istefası ilə nəticələnən 3 oyunluq məğlubiyyət seriyası 1992-ci ildən sonrakı dövrdə “Neftçi”nin üzləşdiyi 4-cü uğursuz dövrdür. Cari mövsümün VII-IX turlarında da ardıcıl 3 oyun yenilən bakılılar “Zirə” (0:2), “Qəbələ” (0:1) və AZAL-dan (1:2) xal ala bilməmişdi. “Neftçi”nin ilk belə uğursuzluğu 2009/10 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt paytaxt klubu “Simurq”, “Qarabağ” və “Qəbələ”nin hər üçünə eyni – 0:1 hesabı ilə yenilmişdi. 2011/12 mövsümünün sonunda “Bakı”dan 2, “Qəbələ”dən 1 cavabsız qol buraxan “Neftçi” məğlubiyyət seriyasını 2012/13 mövsümünün startında “Qarabağ”a 0:1 hesabı ilə uduzmaqla davam etdirib. 4 məğlubiyyət seriyası zamanı qeydə alınan top fərqlərinə nəzər salsaq, ən uğursuz zolaq indiyə təsadüf edib. 2009-cu ildə ardıcıl 3 məğlubiyyət ümumi 0:3, 2012-ci ildə 0:4, 2015-ci ildə 1:5 hesablı olmuşdusa, bu dəfə komanda uduzduğu 3 görüşdə 1 qol vurub, 7-ni buraxıb. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail