"Qəbələ"yə şad xəbər

08.03.2016 | 3081 dəfə oxunub

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə cavab oyununun hazırlıqlarını davam etdirir. Stadium.Az xəbər verir ki, Premyer Liqanın martın 5-də keçirilən XXIV turunun “Neftçi” ilə səfər oyununun (2:1) ertəsi gün Bakıda hazırlıq keçən “qırmızı-qaralar” dünən Qəbələdə bir araya gəlib.

Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici çalışmalara üstünlük verib. Çempionat oyununda meydana çıxmayanlar isə Qəbələ şəhər stadionunun yaşıl meydanında məşq edib.

Roman Qriqorçukun yetirmələri hazırlıqlara tam heyətlə qatılıb. Son turun oyununu zədə səbəbindən buraxan Ermin Zets də komanda ilə məşq keçib. “Qəbələ” bu gün axşam oyunöncəsi hazırlığa çıxacaq.

Səfərdə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın “Zirə” ilə ev oyunu martın 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail