Adil Şükürov: "Bu cür məğlubiyyətdən sonra danışmaq çətindi"

09.03.2016 | 2495 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə” səfərdə “Qəbələ”yə 4:1 hesabıyla məğlub olsu. Stadium.Az xəbər verir ki, bu məğlubiyyətlə ölkə kubokunda mübarizəni dayandıran “Zirə”nin baş məşqçisi yenilgi barədə belə danışdı:

"Bu cür məğlubiyyətdən sonra danışmaq çətindi. Göründü ki, “iki cəbhə”də oynamağa hələ gücümüz çatmır. Çalışacağıq ki, növbəti oyunlarda diqqətli olaq. Çempionatda bizə lazım olan nəticəni əldə edək.
Bundan öncə “Qarabağ”la ağır görüşdən çıxmışdıq. Heyətlə bağlı problemlərimiz var idi. Zədəli oyunçularımız çox olduğundan bu heyətlə oynamağa məcbur idik. Ardıcıl qollar buraxandan sonra istədik ki, hücuma atılaq, qol vuraq. İki oyuna 7 qol buraxmaq ağır gəlir. Amma çətin oyunlardan çıxmışdıq. Bu gün heyətimizdə az oynayan uşaqlara şans vermək istədik. Bonilya və Nurlanın xırda zədəsi var idi. Buna rəğmən, oynadı. Yeni komandayıq. Gənc oyunçularımızın Premyer Liqa təcrübəsi yoxdu. Bu mənada onların bugünkü görüşdə zəif çıxışını başa düşmək olar. 

Mən paltardəyişmə otağına girib, hər birinə təşəkkürümü bildirdim. Çünki əllərindən gələni etdilər. Artıq bizim üçün kubok yarışı başa çatdı. Bütün gücümüzü çempionata yönləndəcəyik.
Bonilyanın bizimlə müqaviləsi var. Sözləşməsinin sonuna qədər komandamızda qalacaq. Sərfəli təklif gəlsə, satacağıq? Bu məsələyə rəhbərlik baxır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail