Vəli Qasımov: "Qəbələ"ni də keçəcəyik"

09.03.2016 | 2742 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Neftçi” – “Xəzər Lənkəran”a 2 cavabsız qolla qalib gələrək yarımfinala yüksəldi (ilk oyun 2:3). Stadium.Az xəbər verir ki, oyundan sonra “Neftçi”nin baş məşqçisi Vəli Qasımov oyun haqda jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü oyun bizim üçün çox vacib idi. Üzərimizdə çox təziq vardı. Ardıcıl oyunlarda məğlub olduğumuz üçün bizə inam itmişdi. Neçə aydı bu komandada işləyirəm, buna görə də inanırdım ki, komandanı birləşdirib yaxşı nəticə əldə edə bilərik.

- Start heyətindəki əsaslı dəyişikliklər nəylə bağlıydı?

- Ehtiyatda oturanlar da yaxşı futbolçulardır. Mən hər kəsə inanıram, sadəcə bu gün mən bunlara şans verdim.

- Köməkçilərinizin təyinatı müzakirə mövzusu oldu. Bunu siz istədiz, yoxsa Samir Əliyev?

- Bunu Samir müəllim özü istədi. O əvəzedici komandaya baş məşqçi getdiyi üçün Tofiq müəllimi də əsas komandaya gətirdik.

- Aqil Məmmədovun start heyətində olmaması və Fəhmin Muradbəylinin cinahda müdafiəçisi oynaması nəylə bağlıydı?

- Aqil gələn tur oynamayaqdı deyə, bu gün onu meydana buraxmadım. Fəhmini isə burda daha çox xeyirli görürəm.

- Yarımfinalda rəqibiniz “Qəbələ”nin “Zirə”yə 7 qol vurması sizi qorxutmur?

- İnanıram ki, “Qəbələ”ni də keçəcəyik. Bizim futbolçuların potensialı onlarınkından yüksəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail