Qurban Qurbanov: "Namizədliyim həm federasiya, həm də klub tərəfindən irəli sürülüb”

11.03.2016 | 3318 dəfə oxunub

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransında qurumun İcraiyyə Komitəsinə üzv seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər vevrir ki, Qurban Qurbanov yeni işiylə bağlı belə danışıb:

“Burda daim Azərbaycan futbolunun inkişafı üçün mübahisələr və qərarlar olacaq. Çalışmalıyıq ki, futbolumuzun gələcəyi üçün düzgün, doğru qərarlar qəbul edək. Açığı, bu gün çox da aktiv olmadım. İlk dəfə idi, qərarlarla yeni maraqlanırdım. Hansı qərarları vermək lazım olduğuna bu gün tam əmin deyildim. Düşünürəm ki, bundan sonra özüm də Azərbaycan futbolunun inkişafı üçün bəzi fikirlər bildirim.

İlk görüş çox maraqlı oldu. Məni maraqlandıran tək futbol mütəxəssisləri yox, hər bir sahədən insanlar vardı. Düşünürəm ki, bu vacib olan bir şeydi. Çünki hər sahədə futbolumuzun inkişafı üçün sözü keçən insanlar lazımdı ki, hamının bu idman növünə marağı böyüsün. Belə olduğu halda, biz daha da diqqətli olacağıq, doğru qərarlar qəbul etməliyik. Bilirik ki, hər sahəyə sözümüz çatacaq.

Çalışacam ki, ilk növbədə İcraiyyə Komitəsinə, o cümlədən bütün futbolumuza faydalı olum. Kənardan bəlkə də asan görünə bilər. Ancaq mənim üçün futbol daha da məsuliyyətli oldu.

Bu, birdən-birə baş verən proses olmadı. Bəlkə də son bir neçə ildə bu qarşılıqlı fikirlər bildirilirdi. İcraiyyə Komitəsində olmağımla və ya futbolumuzun inkişafı üçün bəzi sahədə olmağın faydalı olar. Yəni qarşılıqlıdı. Namizədliyim həm federasiya, həm də klub tərəfindən irəli sürülüb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail