AFFA Xaqani Məmmədovu HK sədri sxladı

11.03.2016 | 3234 dəfə oxunub

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib. Stadium.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra federasiyanın strukturu təyin olunub.

Belə ki, Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib, Elxan Məmmədov növbəti 4 il müddətinə federasiyanın baş katibi vəzifəsinə təsdiq olunub. AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi isə aşağıdakı kimi təsdiq olunub:

Hakimlər Komitəsi
Xəqani Məmmədov – sədr

Kərim Ağayev

Rafiq Pənahpur

Ramiz Mustafayev

Səfər Haşımov

Hakim-İnspektorlar Komitəsi
Əli Hüseynov – sədr

Bəşir Əliyev

Tofiq Şükürov

Əsgər Əmirəliyev

Vüsal Əliyev

İntizam Komitəsi
Tofiq Fətullayev – sədr

İlqar Əliyev

Məlik Həsənov

Altay Zahidov

Ağamehdi Mehdiyev

Erkin Hüseynov

Rasim Zeynalov (inspektor)

Oyunçuların Statutusu və Transferi Komitəsi
Rəmiş Malıyev – sədr

Musa Qurbanov

Zamiq Hüseynov

Orxan Hüseynzadə

Nailə Rüstəmzadə

Apellyasiya Arbitraj Tribunalı
Muxtar Babayev – sədr

Vasib Əkbərov

Arif Fərəcov

Zaur Qəhrəmanov

Ziya Babayev

Murad Heydərov

Komitənin iclasında qəbul olunmuş digər qərarlar: 

Oyunçuların Statutusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

"Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail