Tərlan Əhmədov: "İkimiz də təhlükəli məşqçilərik"

13.03.2016 | 4100 dəfə oxunub

AZAL bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda "Neftçi"ylə heç-heçə etdi - 1:1. Stadium.Az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra qarşılaşma barədə belə danışdı:

 - Hiss edirəm ki, komanda oyuna qədər həyəcanlı idi. 3 xal üçün oynayırdıq, amma məcburi əvəzetmələr işimizi çətinləşdirdi. İkinci hissədə müdafiəyə qapandıq, ilk hissədə istədiyimiz oyunu qura bilirdik. Heç-heçə oyunun ədalətli nəticəsi idi. Futbolçularıma da təşəkkür etdim ki, axıra kimi mübarizə apardılar. "Neftçi" də öz adını qoruyub saxlamaq istəyir, amma futbolda zəif büdcə anlayışı yoxdur, hər kəs öz rəqibinə hörmətlə yanaşmalıdır. Heç kimdən zəif futbol oynamırıq, nə də heç kimdən zəif deyilik.

- UEFA rəsmisi bildirdi ki, "Zirə"nin avrokuboklara getməsi qeyri-mümkündür, "İnter"in gedəcəyi də məlum deyil. AZAL 5 və 6-cı pillələr uğrunda mübarizə apararaq, avrokuboklara vəsiqə qazana bilər?
- Bu gün fikirləşmirəm ki, "Zirə" və "İnter" yıxılsın, mən avrokuboklara gedim. Mövsümün əvvəlində ilk 5 turdan sonra 1 xalımız belə yox idi, hətta deyirdilər, qışa qədər AZAL 6 xal toplaya bilməz,  indi 33 xalımız var. Bəli, indi avrokuboklara şansımız var. Bunun üçün çalışıram. Avrokubokları komandam üçün məqsəd qoymuşam, Premyer Liqada qalmaq hədəfini yerinə yetirmişik. Bu gün büdcələri 3-4 milyon olan komandalara qarşı layiqli oyun göstərə biləriksə, deməli nəsə etmişik. Bu, futbolçularımın əməyidir.

- Vəli Qasımov futbolçu kimi təhlükəli rəqibdir, yoxsa baş məşqçi kimi?
- Vəli Qasımov böyük futbolçu idu. Vaxtı ilə 19 yaşlılardan ibarət milli komandada bir yerdə işləmişik. Əgər bu gün heç-heçə qalmışıqsa, deməli ikimiz də təhlükəli məşqçilərik.

- Komanda bu gün istənilən oyunu göstərə bilmədi...
- Ən zəif oyunlarmızdan birini oynadıq. "Neftçi" ilə aramızda 1 xal fərqi var idi, o da komandada həyəcan yaradırdı. 

- Həm Əsgər Abdullayevli, həm Samir Əliyevli, bu gün də Vəli Qasımovlu "Neftçi"yə qarşı mübarizə apardınız. Hansının komandası ilə oynamaq daha çətin idi?
- Gəlin müqayisə aparmayaq, hər üçü mənim üçün əziz insanlardır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail