Roman Qriqorçuk: "Kubokda ayrı, çempionatda ayrı ab-hava olur"

13.03.2016 | 2658 dəfə oxunub

"Qəbələ" bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda "Zirə"yə 1:2 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra məğlubiyyəti belə dəyərləndirib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz çox vacib xallar itirdik. Belə oyunla qalib gəlməli idik. Fərqlənmək üçün rəqibdən daha çox imkanlarımız oldu. Ancaq qeyd etməliyik ki, onlar da şanslardan yaxşı istifadə etdilər. Kubokda ayrı, çempionatda ayrı ab-hava olur. Mən dəqiq səbəb deyə bilmərəm ki, niyə məğlub olduq. Bunu hamı gördü ki, biz qalib gəldiyimiz və məğlub olduğumuz oyunların heç birində “Zirə”dən zəif oynamadıq.

Qay bizim üçün əsas fiqurlardan biridi. İkinci hissədə zədələndi, ona görə dəyişməli olduq. Bu gün bizə çox kömək etdi, ancaq demək olmaz  ki, o, çıxan kimi biz uduzduq. Biz komanda şəklində oynayırıq. Hər futbolçu o birini əvəz edə bilər. Əvəzedilməz oyunçu yoxdu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail