Elbrus Məmmədov: "Əlimizə düşən imkanlardan istifadə etsəydik, rahat qələbə qazanardıq"

13.03.2016 | 4408 dəfə oxunub

“Xəzər Lənkəran” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununda səfərdə “Kəpəz”ə 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər evrir ki, oyundan sonra komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyət barədə danışıb:

“Rəqibi, xüsusilə də Şahin müəllimi qələbə münasibətilə təbrik edirəm. Düşünürəm ki, hesab oyuna görə olmadı. Əlimizə düşən imkanlardan istifadə etsəydik, rahat qələbə qazanardıq. Matç ərzində çoxlu epizodları boşa verdik. Ancaq bununla belə, futbolçularıma təşəkkür etmək istəyirəm. Son 16 gündə 5 oyun oynadıq, buna baxmayaraq, gənclərimiz fiziki qüvvə baxımından heç kimdən geri qalmırlar.

Təəssüflər olsun ki, hakimin səhv qərarı ardıcıl ikinci oyundu ki, nəticəyə təsir edir. Rəqibin fərqləndiyi ilk epizodda künc zərbəsi yox idi. Hakim yanlış qərar verdi ki, bunun da nəticəsində qapımızda qol gördük. Hakimləri bir az diqqətli olmağa dəvət edirəm. Gənc oyunçular yanlış qərarlardan sonra ruhdan düşürlər və özlərinə gəlmək çətin olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail