AFFA "Zirə"ni cəzalandırdı

15.03.2016 | 2970 dəfə oxunub

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında "Zirə" klubunun məşqçisi Anar Niftəliyevin bir oyunluq cəzalandırılmasına qərar verib.

Stadium.az xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ" ilə səfər oyununda (2:1) A.Niftəliyevin texniki zona qaydalarını pozmasıdır.

Klubun özü isə üst-üstə 3000 manat cərimələnib. "Zirə" məşqçisinin davranışı, həmçinin "Qəbələ" ilə həm Premyer Liqa, həm də ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə 4 futbolçusunun sarı vərəqə alması üzündən bu qədər ziyana düşüb. 

Premyer Liqanın XXV turunun "Sumqayıt" - "Qarabağ" matçında meydan sahiblərinin, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter" - "Rəvan" qarşılaşmasında isə qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Nəticədə "Sumqayıt" və "Rəvan" hərəyə 1000 manat cərimələnib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail