"Zirə" klubu bəyanat yaydı

16.03.2016 | 3182 dəfə oxunub

Özünü menecer kimi təqdim edən bəzi adamlar son vaxtlar klublarımız adından ölkəyə İrandan futbolçu dəvət edərək onları aldadır. 

Stadium.Az xəbər verir ki, "Zirə" klubu məsələ ilə bağlı bəyanat yayıb."İşbazlar “Zirə” PFK-nın da adından istifadə edərək qonşu ölkədən olan futbolçu və menecerləri aldadıblar. Bununla bağlı məlumat klubumuza daxil olduqdan sonra araşdırma apardıq və məlum oldu ki, İranlı futbolçudan “Zirə” ilə müqavilə qarşılığında pul alan həmin şəxslər saxta sənədlər də hazırlayıblar. Hamıya məlumdur ki, bir müddət öncə “Kəpəz” PFK da eyni halla qarşılaşmışdı. Bu da onu göstərir ki, futbolçu və menecerlərin etibarından sui-istifadə edənlərin sayı az deyil. Belə halların qarşısını almaq üçün hər kəsi daha diqqətli olmağa və transfer məsələlərinə peşəkar səviyyədə yanaşmağa çağırırıq. 

Bildirmək istəyirik ki, “Zirə” PFK və digər klubların əlaqə saxlamaq, hər hansı suala aydınlıq gətirmək üçün bəlli hüquqi ünvanı, ofisi, telefon və elektron ünvanı var. İstənilən peşəkar klubdan təklif alan futbolçu, onun meneceri rəsmi şəkildə klublarla əlaqə saxlaya və məsələni peşəkar səviyyədə araşdıra bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail