"Qəbələ"də nigeriyalı futbolçu

17.03.2016 | 3262 dəfə oxunub

Ukraynanın "Olimpik" (Donets) klubunun sabiq futbolçusu İsa Şerif "Qəbələ"də baxışdadır.

Stadium.az xəbər verir ki, Ukrayna mətbuatı 25 yaşlı yarımmüdafiəçi Azərbaycan klubu ilə müqavilə imzalamağa gəldiyini yazıb.

Onun keçidi azad agent kimi gerçəkləşəcək. Bu halda, baş məşqçi Roman Qriqorçuk Ukrayna çempionatında çıxış etmiş 10-cu futbolçunu hazırkı komandasına cəlb edəcək.

"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı açıqlamasında İ.Şerifin hazırda baxışda olduğunu bildirib. Onun sözlərinə görə, hələ müqavilə ilə bağlı qərar verilməyib. Yaxın günlərdə məsələ dəqiqləşəcək".

Qeyd edək ki, İsa Şerifin "Olimpik"lə müqaviləsi dekabrda başa çatıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail