"Azərbaycan millisinin oyununu analiz etmişdik"

27.03.2016 | 3261 dəfə oxunub

"Əgər nəticə varsa, deməli biz futbolçulara lazımi informasiyanı verə bilmişik. Onlar sübut etdilər ki, ölkənin ən yaxşı futbolçularıdır. Bunu həm oyun, həm də psixoloji planda söyləmək olar. Qələbəyə görə çox şadıq".

Stadium.az xəbər verir ki, bu sözləri Qazaxıstanın məşqçisi Talqat Baysufinov Azərbaycan millisinə qalib gəldikləri yoldaşlıq görüşündən sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.

Baysufinov Azərbaycan millisinin oyununu yaxşı analiz etdiklərini bildirib: "Oyundan öncə futbolçulara məsuliyyəti öz üzərilərinə götürməkdən çəkinməmələrini tapşırmışdıq. Rəqib qapısına doğru zərbələr endirmək lazım idi. Azərbaycan millisinin oyununu analiz etmişdik. 

Rəqibin heyətində meydana gözlədiyimiz oyunçular çıxdı. Oyundan öncə rəqibin bütün güclü və zəif cəhətlərini uşaqlara çatdırmışdıq. Azərbaycan yığmasının futbolçuları meydanda yaxşı anlaşır və topa nəzarət edirdilər. Ancaq futbolçularımız hər şeyə hazır idilər. Çox güclü pressinq taktikası seçdik, oyunçularımız da bütün tapşırıqların öhdəsindən gəldi".

Qeyd edək ki, Antalyada keçirilən yoldaşlıq görüşündə yığmamız rəqibinə 0:1 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail