"Şaxtyor" rəsmiləri Qəbələdə

20.10.2011 | 4866 dəfə oxunub

“Qəbələ” futbol klubunun dəvəti ilə Ukraynanın “Şaxtyor” komandasının rəsmiləri Azərbaycana səfərə gəliblər. Stadium.az xəbər verir ki, Donetsk təmsilçisinin strategiya və marketinq direktoru Cozef  Palmer və klubun futbol akademiyasının  direktoru Patrik Fon Liuven oktyabrın 20-dən 24-dək ölkəmizdə olacaqlar.  
 
“Şaxtyor” klubunun rəsmiləri səfər çərçivəsində Qəbələdə bir sıra işgüzar görüşlər keçirəcəklər. Qonaqlar komandanın baş məşqçisi Toni Adamsla görüşəcək, klubun bazası, eləcə də Qəbələ Futbol Akademiyası və Futbolun Kütləviləşdirməsi Departamenti ilə tanış olacaqlar.
 
Bundan əlavə “Şaxtyor” rəsmiləri U-11, U-13,  U-14 çempionatlarının Şimal-Qərb regionu üzrə oyunlarını izləyəcəklər. Ukrayna klubu nümayəndələrinin Azərbaycana səfəri bununla bitməyəcək. Qonaqlar daha sonra oktyabrın 23-də “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Qəbələ” matçını da izləyəcəklər.
 
Qeyd edək ki, Qəbələ təmsilçisi “Şaxtyor” klubu ilə əməkdaşlığı genişləndirmək və son illər xeyli inkişaf etmiş bu komandanın təcrübəsindən bəhrələnmək niyyətindədir. Bu məqsədlə bir müddət öncə  “Qəbələ” futbol klubunun baş meneceri Zaur Əzizov, marketinq üzrə meneceri Səməd Nəsibov və Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov Donetsk klubunda olmuşdular.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail