Millimizin kapitanlıq sarğısı Bədavi Hüseynova niyə verilib?

27.03.2016 | 3075 dəfə oxunub

AFFA millimizin Qazaxıstanla yoldaşlıq oyununda Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısının Bədavi Hüseynova verilməsi məsələsinə aydınlıq gətirib.

Stadium.Az xəbər verir ki, qurumun rəsmi Facebook səhifəsində bildirilib ki, ötən mövsüm milli komandanın kapitanı Rəşad Sadıqov, vitse-kapitan Rahid Əmirquliyev, ehtiyat kapitan Vüqar Nadirov olub:

"Dünən keçirilən Azərbaycan-Qazaxıstan beynəlxalq yoldaşlıq oyununda kapitan sarğısı ilə meydana çıxan Rəşad əvəzləndiyindən, kapitan sarğısı baş məşqçinin qərarı ilə millidə ən çox oyun keçirən 2 nəfərdən birinə - Kamran Ağayevə və Bədavi Hüseynova verilməli idi. Kamranın ikinci hissədə əvəzlənməsi nəzərdə tutulduğundan, kapitan sarğısı Bədaviyə verildi. Bu oyunu Rahid zədəyə görə buraxmalı olub, Vüqar isə milliyə çağırılmayıb".

Hüseynov milliləşdirilmiş legioner olduğundan ona kapitan sarğısının verilməsi bəzi azarkeşlər arasında narazılıq yaradıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail