“Kəpəz”in kapitanı: “Onları stadiona gözləyəcəyik”

28.03.2016 | 3816 dəfə oxunub

“Neftçi” ilə matçda yaxşı oynayıb qələbə qazandıq. Buna görə hamımız sevinirik. Bu qələbə komanda üçün vacib idi”.

 Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundov deyib. Klubun rəsmi saytına açıqlama verən Axundov “Neftçi” üzərindəki qələbənin futbolçular üçün stimul olduğunu söyləyib:

“Çempionatda uğurlu çıxış etmək istəyiriksə, hər oyunda xal qazanmağa çalışmalıyıq. Məqsədimiz var, ona doğru irəliləyirik. “Neftçi” ilə görüşdəki üç xal bizi ruhlandırmaqla yanaşı, qarşıdakı oyunlara daha ciddi yanaşmağa sövq edir”.

“Kəpəz” Premyer Liqanın XXVII turunda Gəncədə “Zirə”ni qəbul edəcək. Təcrübəli müdafiəçi qarşıdakı matçla da bağlı fikirlərini bölüşüb: “Zirə” ilə evdə oynamağımız heç kimi aldatmasın, bu komanda səfərdə də inamlı çıxış edir. Çətin oyun olacaq. Başa düşürük ki, qələbə qazanmağa məcburuq, meydana da bunun üçün çıxacağıq. Bu rəqiblə əvvəlki iki oyunumuz heç-heçə başa çatıb. Amma ilk görüşdə qələbəyə daha çox yaxın idik”.   

Kapitan gəncəli azarkeşlərə də səslənib: “Bizim uğurlu çıxışımızda fanatlarımızın da rolu böyükdür. Azərbaycanın bir nömrəli azakeşləri yəqin ki, bizi qarşıdakı görüşdə də tək qoymayacaqlar. “Kəpəz”i qələbəyə səsləyəcəklər. Onları stadiona gözləyəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail