“Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik"

29.03.2016 | 3115 dəfə oxunub

“Bütün oyunlarda olduğu kimi bu dəfə də bütün fikrimizi qarşıdakı matça yönəltmişik. Qarşılaşmaya ciddi hazırlaşırıq. İnanıram ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanın daha yaxşı hazırlaşmasına imkan yaradıb".


Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Elvin Camalov Topaz Premyer Liqanın 27-ci turunda AZAL-la oyun öncəsi klubun saytına deyib.

21 yaşlı yarımmüdafiəçi bildirib ki,  səfərdə oynayacaqları üçün onları çətin görüş gözləyir:

"Əvvəlki oyunlarda vacib xallar itirmişik. Bu üzdən vəziyyəti düzəltmək üçün uğurlu seriyaya AZAL üzərində qələbə ilə başlamalıyıq”.

E.Camalov bu görüşdə hədəfin yalnız 3 xal olduğunu bildirib:

“Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik. Kifayət qədər yaxşı komanda ilə üz-üzə gələcəyik. Buna baxmayaraq, tam qüvvəmizlə mübarizə aparıb, qələbə əldə etməyə çalışacağıq. AZAL-la qarşılaşmada meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, qalib gəlmək üçün daha istəkli olmağımız lazımdır. Bizi yalnız 3 xal qane edir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Bu mövsüm AZAL-la oyunlarda (2:0, 0:0) 4 xal qazanan “Qəbələ” son 3 matçda rəqibindən qol buraxmayıb. Komanda uduzmadığı səfərdəki son 5 oyunda 4 qələbə qazanıb və 1 heç-heçə edib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail