Vəli Qasımov: "Zədə almaması üçün bu addımı atdım"

31.03.2016 | 3025 dəfə oxunub

"Neftçi" Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "İnter"ə qalib gəldi - 0:1. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Vəli Qasımov qarşılaşma barədə belə danışıb:  

"Çətin oyun olacağını bilirdik. Ancaq hazırlığı düzgün keçdik. Araz Abdullayev yorğun idi və bu oyunda ilk hissədə meydana çıxmadı, ancaq ikinci yarıda meydana buraxdıq. Nikolas Kanalesin isə əzələləri dolub və bu səbəbdən onu heyətə daxil etmədim. Ayağında yükləmə olub. Zədə almaması üçün bu addımı atdım. Çempionatda mübarizə aparırıq və kubokdan da əlimizi üzmürük. Heyətdə gənc oyunçular var, gələcəkdə yenə olacaq. Qapıçı Maksim Vaylo yaxşı oynadı. Kim yaxşı çıxış etsə, o da meydana çıxacaq.

Komandanın gələcəyinə gəlincə, bu barədə nəsə deyə bilmərəm. Hazırda 7-ci yerdəyik. Ancaq istərdik ki, daha yüksək pillələrə qalxaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail