"Sumqayıt Şəhər" Tovuza 5 itki ilə yollandı

21.10.2011 | 6521 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində, oktyabrın 23-də “Turan”ın qonağı olacaq “Sumqayıt Şəhər” bazar günü keçiriləcək oyunun hazırlığını davam etdirir.

Stadium.az xəbər verir ki, Tovuza itkilərlə yollanacaq Sumqayıt təmsilçisi 5 futbolçunu səfər oyununa aparmayacaq. Belə ki, Rəşad Kərimov, Samir Abdulov, Eşqin Quliyev, Orxan Həsənov və Aleksandr Qross zədəli olduğu üçün bu tur meydana çıxa bilməyəcək.

Premyer Liqanın son turunda “Bakı” ilə qarşılaşmada Andriy Popoviçin qırmızı vərəqə almasından sonra meydana daxil olaraq inamlı oyunu ilə alqış qazanan Sahil Kərimov da son məşqdə əzələsini dartıb. Sahil Kərimovun “Turan”la matçda oynayıb-oynamayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.

“Sumqayıt Şəhər”in 3 üzvü – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov isə U-17-nin düşərgəsində İtaliyada təlim-məşq toplanışında olduğu üçün komandaya kömək edə bilməyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail