Berti Foqts məğlubiyyətə bəhanə axtardı və Vaqif Cavadovu ittiham etdi

17.11.2010 | 2944 dəfə oxunub

Bu gün milli komandamız yoldaşlıq oyununda səfərdə Çernoqoriyaya məğlub oldu. Buraxılan hər iki qol cavabsız qaldı. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Berti Foqts məğlubiyyətin səbəblərini açıqlamaqla yanaşı, narazı olduğu futbolçunun da adını açıqlayıb: «"Oyunun ilk 73 dəqiqəsində komandadan razı qaldım. Matç boyu buraxdığımız bir neçə səhvin cəzasını çəkdik. Elvin Məmmədovu əvəzləməyimin səbəbi onun sarı vərəqə alması ilə bağlıdır. Bu onun aqressiv oynamasına imkan vermirdi. Bu səbəbdən onu meydandan çıxarmalı oldum. Hücumda kəsərli oynaya bilməməyimizə isə rəqibin müdafiə xətti səbəb oldu. Onlar çox sıx və əlaqəli oynayırdılar. Vaqif Cavadov bilməlidir ki, 60 faiz hazırlıqla beynəlxalq səviyyədə oynamaq olmaz. Ruslan Abışovun dayaq yarımmüdafiəçisi kimi oynamasına gəlincə, Türkiyə ilə qarşılaşmada Rahid Əmirquliyevlə yaxşı tandem təşkil etmişdi. Bunun üzərində yenə çalışacağıq. Ümumilikdə isə futbolçularda yorğunluq hiss olunurdu. Mahir Şükürovun neçə vaxtdır meydandan kənar qalması da sözünü deyirdi. Meydanın sürüşkən olması da əleyhimizə olan amil idi".

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail