"Xəzər Lənkəran" qol "orucunu" pozdu

31.03.2016 | 3655 dəfə oxunub

Premyer Liqada ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”ın uğursuz seriyası qırılıb. Stadium.Az xəbər verir ki, əyalət klubu 27-ci turun “Sumqayıt”la səfər oyununun (1:2) 49-cu dəqiqəsində qolsuzluğa son qoyub. 

Rəqib qapısına yol tapan Zaman Mirzəzadə 149 gündən sonra komandasının azarkeşlərinə qol sevinci yaşadıb. Lənkəran təmsilçisinin heyətində sonuncu dəfə 2015-ci il noyabrın 2-də səfərdə “Rəvan”a 1:0 hesabı ilə qalib gəldiyi matçda, Elnur Cəfərovun 80-ci dəqiqədə fərqlənib. 

Komandanın 1409 dəqiqə davam edən 15 turluq seriyası ölkə çempionatları tarixinin antirekordudur. Cari mövsümədək ən uzun qolsuz seriya Sumqayıt “Xəzər”inə məxsus idi. 2003/04 mövsümündə “Gənclik şəhəri” klubu 9 oyun qol vura bilməmişdi. 2004/05 mövsümündə MOİK, 2010/11 mövsümündə isə “Kəpəz” 8 turluq seriyaya üzülüb.

Xatırladaq ki, “Sumqayıt” – “Xəzər Lənkəran” matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail