Bakı "İnter"i borclarını ödəyib

01.04.2016 | 3188 dəfə oxunub

“İnter” klubu ilin ilk rübü ərzində paytaxt təmsilçisində görülmüş işlər barədə ətraflı məlumat yayıb. Stadium.Az xəbər verir ki, klubun rəsmi saytının verdiyi xəbərə görə, məlumatda ötən mövsüm üzrə oyunçulara və məqçilərə olan borcların ödənildiyi qeyd olunub.

"Bu günə olan məlumata əsasən, ancaq iki futbolçunun borcu ödənməmiş qalır (bu da yalnız müqavilələrin ləğv edilməsi üzrə kompensasiyalardır). Borclarımız olan bütün kontr-agentlərlə (təqribən 10) üzləşmə aktları və altı ay və ya hətta bir il möhlətinə ödəmək barədə yenidən razılaşmalar imzalanıb. Bu agentlərdən dördünə isə olan borclar tam bağlanıb. Peşəkar Futbol Liqasına (PFL) olan borcun böyük hissəsi ödənilib, həmin borcun bir hissəsi teleyayım hüququna görə ayrılacaq vəsait hesabına, qalan hissəsi də möhlətlə mövsümün sonunadək bağlanacaq. UEFA və FİFA-ya olan borclar (sanksiya cərimələri) tam ödənilib. Şəxsi heyətə olan borclar qismən ödənilib, işdən azad olunan şəxslərə olan borclar da kompensasiya və yekun hesablaşmalar qismində tam bağlanıb. Sosial ödəmələr üzrə borclar artıq yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail