AFFA "Sumqayıt" - "Xəzər Lənkəran" matçının baş hakimi cəzalandıracaq

01.04.2016 | 2650 dəfə oxunub

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasında XXVII turun "Sumqayıt" - "Xəzər Lənkəran" oyununda baş hakim Elvin Əsgərovun qərarına münasibət bildirib.  Stadium.Az xəbər verir ki, Məmmədov "Report"a açıqlamasında hakimin qərarının tamamilə yalnış olduğunu deyib.

Onun sözlərinə görə, "Sumqayıt"ın futbolçusu Mikayıl Rəhimova qırmızı vərəqə düzgün verilməyib: "Referi tamamilə səhv qərar verib. İntizam Komitəsinin qərarına əsasən ölçü götürüləcək. Ona elə gəlib ki, həmin epizodda futbolçu təhlükəli oynayaraq, rəqibi aşkar qol vurma imkanından məhrum edib. Amma özünə də izah etdik ki, bu, belə deyil. Elvin Əsgərov mütləq cəzalanacaq".

Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, "Sumqayıt" - "Xəzər Lənkəran" oyununun 70-ci dəqiqəsində Mikayıl Rəhimova göstərilmiş qırmızı vərəqə ləğv edilib, Hakimlər Komitəsi isə baş hakim Elvin Əsgərovun idarəçiliyi barədə ölçü götürməlidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail