"Qəbələ" kapitansız qalıb

02.04.2016 | 2862 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXVIII turunun “İnter”lə ev oyununun hazırlığına start verib. Stadium.Az xəbər verir ki, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” dünən Qəbələ şəhər stadionunda bir araya gəlib.

Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli olan kapitan Dodo istisna olmaqla bütün futbolçular qatılıb. 

Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.

IV dövrənin ilk turunun “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail