Hafiz Məmmədov: "Lans" mənim yox, Azərbaycanın komandasıdı"

02.04.2016 | 3408 dəfə oxunub

“Bakı”nın prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransanın “Lans” klubunun səhmlərinin böyük hissəsinin tezliklə satılacağı haqda yayılan xəbərlərə aydınlıq gətirib. Stadium.Az saytının əməkdaşına  açıqlamasında Hafiz Məmmədov yayılan xəbərləri təkzib edib. Tanınmış iş adamı “Lans”ı satmaq fikrinin olmadığını bildirib:

“Lans”ın satılması ilə bağlı heç bir danışıq olmayıb. Komandanın kiməsə satılmasına razılıq verməmişəm. Jerve Martel isə mənimlə bu məsələ haqda danışmayıb. Oradakı əsas adamlara da demişəm ki, “Lans”ı satmaq fikrimiz yoxdu. Bu komanda alver obyekti deyil. “Lans”ı çətin gündə satmaq üçün almamışıq”.

Hafiz Məmmədov “Lans”la bağlı yalnız digər “Land of fire Azerbaijan” brendinin daşıyıcısı olan “Atletiko” ilə danışıqlar apardığını söyləyib:

“Bu günə kimi “Lans” haqda yalnız “Atletiko" ilə danışığımız olub. Madrid klubunun “Lans”a dəstək verməsi müzakirə edilsə də, sonradan bu plan baş tutmadı. “Atletiko” variantı “Lans” üçün faydalı olardı. 2 klub arasında birlik olmasını istəyirdik. Bu variant hər iki tərəfə sərf edirdi”.

Tanınmış iş adamı hazırda Fransa klubunun maliyyə çətinlikləri ilə üzləşdiyini gizlətməyib:

“Bu, əvvəldən başlamış çətinliklərdi. Problem “Lans”ın büdcəsindədi. Komandanın illik büdcəsi 5 milyon avrodu. Ötən mövsüm “Arsenal”a 2 oyunçu satıldı və komanda bu vəsaitlə özünü dolandırdı. Lakin hazırda komandada maaşla bağlı çətinliklər var. “Lans”ın üzvlərinin əmək haqqı almaması yaxşı hal deyil. Sanki azərbaycanlı fransıız ailəsinin maaşını vemir. Belə hal müsbət qarşılana bilməz. Fransada bizə qarşı daim hörmətlə yanaşıblar. Klub heç vaxt müflis olmayacaq. Tezliklə problemlər birdəfəlik həll olunacaq. Hansısa çətinliyimiz olanda “Lans”ı satmaq barədə düşünməmişik. Bu komanda mənə çox əzizdi, öz klubumuzdu. “Lans” mənim yox, Azərbaycanın komandasıdı. Odur ki, xüsusi şəkildə vurğulayıram - “Lans”ı satmaq üçün almamışıq”.

Hafiz Məmmədov son zamanlar yaşadığı çətinliklərin artıq yekunlaşmaq üzrə olduğunu qeyd edib: “Çətinliklərimiz 2 il əvvəl başladı. Amma problemlər artıq geridə qalıb. Hər şeyə aydınlıq gəlib. Qısa zamanda haqq-ədalət öz yerini tutacaq. Bu yöndə işlərimiz davam edir. Hazırkı məqamda yalnız kiçik vaxta ehtiyac var”.

Məmmədov “Lans” kimi “Bakı”nın da problemlərinin başa çatmaq üzrə olduğunu vurğulayıb:

“Futbolu həyatımdan ayırmıram. Bütün vacib məsələlər kimi futboldakı çətinliklərimiz də qısa zamanda həll olunacaq. “Bakı” yenidən həmin “Bakı” olacaq. Komanda 2 il çətinliklərlə üzləşdi. Artıq hər şey geridə qalmaq üzrədi. Komanda əvvəlki kimi iddialı olacaq. Maliyyə baxımından işimiz daha stabil şəkildə qurulacaq”.

“Bakı”nın prezidenti tezliklə klubun bazasında təmir işlərinin başlayacağını söylədi. Bundan sonra “zolaqlılar”ın bazasından “Zirə” də yararlana biləcək:

“Bakı” və “Zirə” arasında əməkdaşlıq müqaviləsi var. Növbəti mövsümdən “Zirə”nin formasının üzərində bizim şirkətlərdən birinin adı qeyd oluna bilər. Bu klubun rəhbərliyi ilə çox gözəl münasibətimiz var. Ona görə də bazanı yarıya bölmək qərarına gəlmişik. Tezliklə “Bakı”nın bazasında təmir işlərinə başlanacaq. Plan artıq hazırdı. Ərazi daha da genişlənəcək, şərait yaxşılaşacaq. Təmir yekunlaşdıqdan sonra bazadan “Bakı” kimi “Zirə” də yararlana biləcək. Daha doğruzu, bazanı iki yerə böləcəyik”.

Hafiz Məmmədov son zamanlar mətbuatda görünməməsinə də aydınlıq gətirib:

“Hazırda çox geniş danışmıram. Tezliklə işlər qaydasına düşəndən sonra daha geniş müsahibə verəcəyəm və 2 il ərzində yaşadıqlarımızın səbəblərini açıqlayacağam. O zaman hər kəsə aydın olacaq ki, problem bizdə olmayıb. O zaman insanlar özləri kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirəcəklər. Jurnalistlərlə danışanda hər zaman hansısa yeni fikir söyləyirik. Adam özü də istəyir ki, ətraflı danışsın. Lakin son zamanlar vəziyyət fərqli idi. Proseslər çox sürətlə dəyişir. Ona görə də nəyisə deyib, sonradan fikrimi dəyişməkdənsə, susmağa üstünlük verirdim. Bu, o demək deyil ki, nəyisə gizlətməyə çalışırdım. Yox, sadəcə baş verənlər qəliz, çox uzun proses idi. Ancaq hər şey yekunlaşmaq üzərədir. Yaxın günlərdə hər şey barədə jurnalistlərə geniş açıqlama verəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail