Tərlan Əhmədov: “Taktikanı dəyişmişdik”

03.04.2016 | 3191 dəfə oxunub

AZAL Azərbaycan Premyer Liqsının 28-ci turunda doğma meydanda “Kəpəz”i darmadağın etdi – 3:0. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov qarşılaşmanı belə dəyərləndirdi:

- Allah şəhidlərimizə rəhmət etsin. Belə ağır gündə oynamaq da çətin idi. “Qəbələ”ylə oyundan sonra komandada yorğunluq vardı. Buna görə də, taktikanı da dəyişdik. Top bizdə olanda sərbəst oynamalıydıq. Rəqibi həm də cinahlardan əks hücumda yaxalamalıydıq.  Top rəqibdə olanda onların üzərinə gedib müdafiə xəttindən çıxmağa qoymamalıyqıd. Rəqiblə buna kimi 3 dəfə oynamışdıq. 2 dəfə məğlub olub, birində heç-heçə etmişdik. Bütün futbolçulara təşəkkür edirəm. Başda da kapitanımız Rail Məlikov olmaq şərtiylə. Komanda oyununun sayəsində qələbə qazandıq. Bizi bundan sonra daha çətin oyunlar gözləyir.

- Bu stadionun sirri nədir ki, heç bir komanda qələbə qazana bilmir?

- Bunu rəqiblər düşünməlidir. Bəzi komandalar bura gələndə elə məğlub olurlar. Ancaq bizim komanda bu meydanda daha yaxşı çıxış edir. Biz qışa qədər 6 oyunda məğlub olmadıq. Burda rəqib meydanında oynadığımız görüşlər də vardı.

- Burda olan sirri rəqib eydanlarına daşımaq üçün neyləmək lazım idi?

- İnanın ki, bir sirrimiz yoxdur. Sadəcə Allaha şükürlər etmək lazımdır. Hər şey Allahın əlindədir. İnlsanın möcüzəsi olmur. Mən uşaqlara da demişəm ki, qələbəni həmişə Allaha daha çox şükürlər edib istəyin.

- AZAL-ın da oyununa azarkeş gəlir artıq...

- Azərbaycanda ən çox azarkeşi “Xəzər Lənkəran” toplayıb həmişə. Ancaq indi yaxşı durumda deyillər deyə, stadiona da azarkeşlər az gəlir.

- Artıq Avrokubok barədə düşünürsüz? Bu məqam həyacan yaradır?

- Mən nə “İnter”i, nə də “Zirə”ni düşünürəm. Mənim bir amalım var, layiqli oynayıb, uğur qazanaq. Uğur gəldikcə niyə də geri çəkilməliyik ki? Biz çalışırıq ki, öz oyunumuzla bunu əldə edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail