Güləşçilərimiz Avropa çempionatında 13 medal qazandı

04.04.2016 | 2651 dəfə oxunub

Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında keçirilmiş Avropa çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası yarışı 3 qızıl, 4 gümüş, 6 bürünc medalla başa vurub.

Qızıl medala qadın güləşçisi Tatyana Omelçenko (60 kq) ilə sərbəst güləşçi Mircəlal Həsənzadə (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) layiq görülüb. Yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq), qadın güləşçi Alyona Kolesnik (58 kq) və sərbəst güləşçi Hacımurad Ömərovla (70 kq) Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçisi Ruhin Mikayılovla (71 kq) Elton Vəzirzadə (80 kq), qadın güləşçi Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq), eləcə də sərbəst güləşçi Zəlimxan Vəliyev (61 kq) bürünc medala yiyələnib.

Komanda hesabında Azərbaycanın hər 3 növ üzrə yığmaları 4-cü olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail