“Rəvan” 133 günlük həsrətə son qoydu

04.04.2016 | 4343 dəfə oxunub

“Rəvan” klubu Azərbaycan Premyer Liqasındakı uğursuz seriyalarını qırıb. Stadium.Az xəbər verir ki, paytaxt klubu 7 oyundan ibarət məğlubiyyət və 14 turluq qələbəsizliyə “Neftçi” ilə görüşdə son qoyub.

“Sarı-qırmızılar” XXVIII turun ev oyununda 1:0 hesabı ilə qalib gəlib. Son 7 görüşdə uduzan Bəhmən Həsənovun yetirmələri son xalını da “Neftçi”dən almışdı. 58 gün əvvəl səfərdə oynayan autsayder 1:1 hesablı heç-heçəylə kifayətlənmişdi. Bu il fevralın 5-dəki XX turun oyunundan sonra “Rəvan” 7 dəfə uduzmuşdu. Bakılıların son qələbəsi isə XIII tura təsadüf edib. Ötən il noyabrın 11-də “Zirə” üzərində 1:0 hesablı qələbə qazanan “sarı-qırmızılar” 133 gündən sonra da eyni hesabla sevinib.

Xatırladaq ki, bu nəticələr klubun antirekordu deyil. “Rəvan” cari mövsümün gedişində ardıcıl 8 məğlubiyyət də yaşayıb. Bakılıların qələbəsizlik antirekordu isə 2013/14 mövsümündəki 18 matçda rəsmiləşib. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail