AZAL-dan mövsümün ilki

04.04.2016 | 2951 dəfə oxunub

AZAL mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, Premyer Liqasının XXVIII turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən paytaxt klubu həm də cari mövsümdə ilk dəfə eyni qarşılaşmada 2-dən artıq qol vurub.

Əvvəlki 27 görüşdə maksimum 2 top vuran və bu üzdən də böyük hesabla qalib gəlməyən Tərlan Əhmədovun yetirmələri sonuncu uğurunu ötən çempionatda əldə etmişdi. 2014/15 mövsümünün sonuncudan əvvəlki qarşılaşmasında “Simurq”u qəbul edən AZAL 5:0 hesabına sevinmişdi. 2015-ci il mayın 22-dəki görüşdən 317 gün sonra bakılılar 2-dən çox qol vurub və ən azı 3 top fərqli qələbə əldə edib. Ötən çempionatın son matçını da saysaq, AZAL bunu 28 matçdan sonra gerçəkləşdirib.

“Kəpəz” isə mövsümdə ikinci dəfə 0:3 hesabı ilə uduzur. Gəncəlilər 134 gün əvvəl “Qarabağ”la matçda da paytaxtdan böyükhesablı məğlubiyyətlə dönmüşdü.

Bu, AZAL-ın Premyer Liqadakı çıxışları tarixində yubiley – 20-ci böyükhesablı qələbədir. Bakılılar bu göstəricidə 12-cidir. Ən çox belə uduzanlar sırasında 6-cı olan “Kəpəz” isə 33-cü dəfə 3 və daha çox top fərqilə yenilib. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail