Elvin Məmmədov üçün əlamətdar oyun

04.04.2016 | 2532 dəfə oxunub

Premyer Liqasının XXVIII turunun “Sumqayıt”la oyunu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 250-cı matçını keçirib.

Yubiley oyununa start heyətində çıxan Məmmədov 68-ci dəqiqədə əvəzlənib. O, 250 qarşılaşmada 17 qol vurmağı bacarıb.

Elvin mövsümün ikinci yarısında 250-yə çatan 2-ci futbolçudu. Onadək Arif Daşdəmirov da 250 səddini aşmışdı. “Qəbələ”nin milliləşən rusiyalı bunu XXI turda gerçəkləşdirib.

Ümumiyyətlə isə Elvin 250 və daha çox oyun keçirən 47-ci futbolçu kimi tarixə düşüb. Bu siyahıda rekord Mahmud Qurbanova məxsusdu – 421 oyun.

Məmmədov Azərbaycan çempionatlarında 12 il öncə debüt edib. 2003/04 mövsümündə “Turan”da peyda olan gənc bu komanda ilə 49 oyunda 3 qol vurub. Sonra keçdiyi “İnter”də 51 matçda 7, “Qarabağ”da 70 oyunda 3 dəfə fərqlənib.

Elvin karyerası ərzində ən çox oyun keçirdiyi “Bakı”da 73 qarşılaşmada 3 qol sevinci yaşayıb. Bu ilin əvvəlində keçdiyi “Zirə” yarımmüdafiəçinin 5-ci klubudu. O, burada keçirdiyi 7-ci matçda 250-yə çatıb. Bütün klublarında qol vuran Məmmədov yeni komandasında da 1 dəfə fərqlənib.

Məmmədovun yubiley oyununda komandası 1:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail