"Zirə"nin futbolçuları geri qayıtdı

04.04.2016 | 3929 dəfə oxunub

“Zirə” üçün sevindirici xəbər var. Stadium.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”a qalib gələn (1:0) “Zirə” heyətlə bağlı yaranan problemlərini həll edib.

İş ondadır ki, “Zirə” klubunun 3 futbolçusu növbəti turda “Rəvan”la keçiriləcək qarşılaşmaya qədər sıraya dönəcək.

Belə ki, “Sumqayıt”la oyunu yüksək hərarəti olduğu üçün buraxan Vüqar Mustafayev komandasının çərşənbə günündəki məşqinə qoşula biləcək. Daha 2 futbolçu isə zədəsini sağaldaraq, sıraya dönməyə hazırlaşır.

Söhbət nigeriyalı müdafiəçi Çimezi Mbah və braziliyalı yarımmüdafiəçi Dieqo Souzadan gedir. Mbah dünənki matçda forma geyinməsə də, özünü yaxşı hiss edir. 24 yaşlı futbolçu “Rəvan”la qarşılaşmada komandasına kömək edə biləcək.

Uzun müddətdi sıradan çıxan Dieqo Souzanın da vəziyyəti müsbətə doğru dəyişib. Həkimlər “sambaçı”nın kollektivlə birgə məşqə başlamasına icazə veriblər.

Sabah dincələcək “Zirə” 1 günlük istirahətdən sonra məşqləri bərpa edəcək. “Rəvan” – “Zirə” qarşılaşması aprelin 10-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail