"Qarabağ"da ciddi itki?

04.04.2016 | 3128 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Xəzər Lənkəran” üzərində (2:1) qələbə qazanan “Qarabağ” Cənub səfərindən bu gün qayıdıb. Stadium.Az xəbər verir ki, komanda sabahdan növbəti turun hazırlığına başlayacaq.

“Xəzər Lənkəran”la qarşılaşmanın birinci hissəsində zədələnərək fasilədə əvəzlənən yarımmüdafiəçi Riçard Almeydanın durumu qeyri-müəyyəndi. İlkin tibbi müayinə zamanı braziliyalı futbolçunun topuğunun burxulduğu diaqnozu qoyulub. Həkimlər 9 qolla komandanın bombardiri olan “sambaçı”nın durumunun ciddi olmadığını düşünürlər. Lakin hər şeyə yekun müayinədən sonra aydınlıq gələcək.

Ağdam təmsilçisinin digər zədəli oyunçusu Rahid Əmirquliyev isə hələ də həkim nəzarəti altında reabilitasiyasını davam etdirir.

“Qarabağ” növbəti tur çərçivəsində aprelin 8-də “Kəpəz”lə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail