"Kəpəz"in futbolçusunun cəzası bəlli oldu

05.04.2016 | 3230 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, bugünkü iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XXVIII turunun AZAL – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Junior Martins ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Rəvan” – “Neftçi” matçında “Neftçi” klubunun 41 №-li futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XX turunun “Mil-Muğan” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XX turunun “Bakılı” – MOİK matçının 77-ci dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

I Divizionun XX turunun “Şərurspor” – “Turan Tovuz” matçında “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail