Böyükağa Hacıyev: "Neftçi”də hər quşu öz dilində danışdırmaq lazımdı"

05.04.2016 | 3650 dəfə oxunub

“Neftçi” hazırda acınacaqlı vəziyyətdədir. Komanda ölkə çempionatında çempionluqdan əlini üzüb. 28 oyuna 35 xal toplya bilən “Neftçi” çempionluqdan əlini rəsmən üzüb. İndiki vəziyyətdə komandanın heç medalçılar sırasında yer alacağı da inandırıcı görünmür. Çünki “Rəvan”a məğlub olan bir komandanın üçüncü pillənin sahibi olan “İnter” və “Kəpəz”lə aradakı 10 xallıq fərqi “əritməsi” real görünmür.

Avrokubok üçün bakılıların tək şansı ölkə kubokudur. Burada isə yrımfinalda rəqib “Qəbələ”dir. “Neftçi”nin yarımfinalda “Qəbələ”ni üstələməsi real görünmədiyindən, komandanın Avrokubok şanslarını yox kimi qiymətləndirmək olar.

“Neftçi”nin bu acınacaqlı durumuyla bağlı komandaya kuboklar bəxş etmiş eks baş məşqçisi Böyükağa Hacıyevlə danışdıq. Böyükağa müəllim Goal.Az saytına açıqlamasında hazırkı durumu belə qiymətləndirdi:

“Özünüz də bilirsiz ki, görünən kəndə bələdçi lazım deyil. “Neftçi”nin bu dərəcədə acınacaqlı durumda olmasını klub rəhbərliyi daha yaxşı bilir. Komandanın Vəli Qasımov kimi baş məşqçisi, Elnur Məmmədli, Çingiz Abdullayev kimi dahi rəhbərləri var. Bu suallara onlar cavab versə yaxşı olar. “İnter”i udub, “Rəvan”a uduzan komanda barədə nə danışım mən? Burada cürbəzcür xasiyətdə insanlar toplaşıb. Bunun üçün də baş məşqçilik etməklə yanaşı, həm də orda psixoloqluq etmək gərəkir. “Neftçi”də hər quşu öz dilində danışdırmaq lazımdı.  

Özünüz də görmüsüz ki, mən o klubdan hansı vəziyyətdə istefa verib getmişəm. Belə anda ya komandanı tam düzəltmək, ya da ordan getmək lazımdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail