Ramin Musayev: "... çempionat dayandırılacaq" - MÜSAHİBƏ

06.04.2016 | 4867 dəfə oxunub

Son günlər Azərbaycanla ermənilər arasında torpaqlarımızın düşmən tərəfindən işğal olunan ərazilərimizin təmas xəttində döyüşlərin getməsi məlumunuzdur.  Artıq 31 şəhidimiz var. Müharibə şəraitində olmaığımızın Azərbaycan Premyer Liqasının keçirilməsinə təsiri ola bilərmi? Bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə danışdıq. Ramin müəllimdən həm də Qazaxıstan – Azərbaycan oyununun danışılmış olmasıyla bağlı yayılan xəbərə də münasibət öyrəndik:

- Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar bizim baş tacımızdır. Əlimizdən nə gələ bilər? Xəbər eşitdik ki, qana ehtiyac var. Biz də zəng etdik ki, gəlsinlər, bütün idarəmiz qan verək. Qan verən insanların çox olduğunu və buna görə də qana ehtiyac olmadığını bildirdilər. Ancaq bildirmişik ki, nə zaman lazm olsa, biz qan verməyə hazırıq.

- İndi atəşkəs elan olunsa da, döyüşlər hər an yenidən başlaya bilər. Bu amil Azərbaycan Premyer Liqasının keçirilməsinə mane ola bilər?

- Ölkə rəhbəri nəyi əmr etsə, onu da edəcəyik. Biz bu əmri yerinə yetirməyə borcluyuq. Ancaq məsələlərin bu səviyyəyə qədər gəlib çıxacağına inanmıram.

- Əgər ölkədə səfərbərlik elan olunsa, Premyer Liqa təxirə salına bilər?

- Təbii. Belə hal baş versə, çempionat dayandırılacaq. Və bizlərin hamısı döyüşə getməyə hazırıq.

- Qazaxıstan mətbuatı yazıb ki, Azərbaycan – Qazaxıstan oyunu danışılıbmış. Bu barədə nə deyə bilərsiz?

- Bunların hamısı boş söhbətlərdir. Azərbaycan futbolunda nə qədər ki, Rövnəq Abdullayev kimi rəhbər var, belə şeylər baş verə bilməz. Bunların hamısı şayədir. Sadəcə baş məşqçsi Robert Prosineçki gənc futbolçuları yoxlamalıydı. Bunu da ancaq belə yoxlama oyunlarında etmək olar. (Goal)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail