"Qəbələ" yenidən kapitanını itirdi

08.04.2016 | 2682 dəfə oxunub

"Qəbələ" futbol komandasının kapitanı Dodo yenidən zədələnib. Stadium.Az xəbər verir ki, bu barədə "Report"a klubun meneceri Səbuhi Səfyarlı məlumat verib.

Onun sözlərinə görə, iki gün öncə məşq zamanı qasıq əzələsində ağrılar hiss edən 29 yaşlı yarımmüdafiəçi hazırlıq prosesini yarımçıq qoyub. Braziliyalı oyunçu ötən gün də məşqə qatılmayıb. S.Səfiyarlı "sambaçı"nın Azərbaycan Premyer Liqasının XXIX turunda "Sumqayıt"la səfər matçında çıxış etməyəcəyini açıqlayıb.

Dodo sonuncu oyununu XXVI turda "Qarabağ"a qarşı keçirib. Həmin görüşün uzatma dəqiqələrində o, zədələnərək, meydanı tərk edib və AZAL və "İnter"lə sonrakı görüşləri buraxıb. 

"Qəbələ" "Sumqayıt"la oyuna "Bakı" klubunun təlim-məşq bazasında hazırlaşır. Aprelin 9-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 14:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail