"Kəpəz"in hələ belə biabırçılığı olmamışdı

11.04.2016 | 3328 dəfə oxunub

Azərbaycan Premyer Liqasına cari mövsüm qayıtmasına baxmayaraq, mükafatlar uğrunda mübarizə aparan “Kəpəz” son iki turda ağır zərbə alıb. Stadium.Az xəbər verir ki, Şahin Diniyevin yetirmələri ardıcıl iki çempionat oyununda böyük hesabla uduzaraq, klub tarixinin antirekordunu təkrarlayıb.

Qərblilər 6 gündə 7 cavabsız qol buraxmaqla, acınacaqlı məğlubiyyətlər alıb. Aprelin 3-də AZAL-ın “3” verdiyi “Kəpəz” ayın 8-də “Qarabağ”dan 4 cavabsız qol “yeyib”.

Azərbaycanın ən köklü və titullu klubları sırasında olan Gəncə təmsilçisi ölkə çempionatlarında ən acınacaqlı durumu ilə üzləşib. Belə ki, qərblilər heç vaxt 2-dən artıq oyunda böyük hesabla uduzmayıb.

1992-ci ildən keçirilən çempionatımızda ən çox çıxış edən 3-4 klubdan biri olan “Kəpəz” indiki kimi dörd dəfə ardıcıl iki darmadağın yaşayıb.

Qərblilərin ilk belə üzüntüsü 2000/01 mövsümünə təsadüf edib. Həmin vaxt – 15 il öncə martın 8-də Bakıda “Xəzər Universiteti”ndən (indiki “İnter”) 3 cavabsız qol buraxmışdı. 4 gün sonra isə “Şəmkir” Gəncədə 3 qol vurmaqla, “Kəpəz”i tarixində ilk dəfə ardıcıl iki darmadağın yaşamağa məruz qoyub.

 

Cəmi iki il sonra gəncəli futbolsevərləri daha acınacaqlı məğlubiyyətlər məyus edib. 2003/04 mövsümündə uğursuz çıxış edən “Kəpəz” 2003-cü il iyulun 2-də öz meydanında “Dinamo”ya 1:4 uduzduqdan 3 gün sonra Bakıda “Xəzər Universiteti” tərəfindən rüsvay edilib – 8:0.

Komandanın “Gəncə” adı ilə çıxış etdiyi 2005/06 mövsümü ilə bağlı da acı xatirələri var. 2006-cı il martın 25-də “Neftçi” ilə ev oyununda 5 cavabsız qol buraxan qərblilər ayın 29-da Bakıda eyni hesabla uduzdu. Əvvəlki 3 uğursuzluqlarda olduğu kimi bu dəfə də “İnter” iki məğlubiyyətdən birinin səbəbkarı olub.

AZAL-la “Qarabağ”dan 7 cavabsız qol buraxan “Kəpəz” sonuncu dəfə böyükhesablı yenilgiləri sıralaması isə 2011/12 mövsümündə qeydə alınmışdı. 2011-ci il dekabrın 11-də səfərdə “Sumqayıt Şəhər”ə, növbəti turun ayın 16-dakı matçında evdə “Xəzər Lənkəran”a uduzan gəncəlilər ardıcıl iki dəfə 1:4 hesabına üzülüb.

Antirekordu 5-ci dəfə yaşayan “Kəpəz” növbəti turda “İnter”lə qarşılaşır. Həmin rəqib ki, bu “mini-seriya”ların üçündə iştirak edib. Əgər qərblilər böyük hesabla uduzsa, antirekordunu yeniləyəcək. (Apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail