Bonilla: ""İndi mənim arzum Azərbaycan çempionatının bombardiri olmaqdır"

12.04.2016 | 3787 dəfə oxunub

"Zirə"nin hücumçusu Nelson Bonilla Azərbaycan çempionatındakı çıxışından danışıb, hədəflərindən söz açıb. Stadium.Az xəbər verir ki, o, Salvador mətbuatına açıqlamsında öncə bunları söyləyib:

"İndi mənim arzum Azərbaycan çempionatının bombardiri olmaqdır. Gördüyüm işdən, əldə etdiyim uğurlardan şadam. Mənim kollektiv baxımından bəxtim gətirib. Məhz buna görə hazırda ikinci pillədə qərarlaşmışıq".

Bonilyanın sözlərinə görə, onun gəlişindən sonra "Zirə"də vəziyyət dəyişib: "Mən bura gələndə hamı əsas hədəfin elitada qalmaq olduğunu söyləyirdi. Amma hazırda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırıq. İndi turnir cədvəlinin ikinci pilləsindəyik. Çempionatın başa çatmasına isə yeddi tur qalır. Ona görə də qarşımızdakı hədəfimizə çatacağımıza ümidimiz böyükdür".

Bonilla onu da bildirib ki, əvvəllər ona ölkəmizdə bir qədər çətin olub: "Ailəmdən kənarda qalmaq öncə çox çətin idi. Amma xarakterim bu problemi aradan qaldırmağa yardımçı oldu. Yerli futbola alışmağım üçün öz üzərimdə ikiqat artıq çalışmalı olurdum. Amma çox çalışmağım xoşuma gəlir. Çünki bunun bəhrəsini də görürəm. Menecerim də məni buna inandırdı ki, üzərimdə çox çalışmağımın ancaq faydasını görəcəyəm".

Bonilya Avropa ölkələrinin yüksək liqalarında bombardir olan ilk salvadorlu futbolçu kimi tarixə düşə bilər. O, başqa klublardan təklif aldığını da bəyan edib: "Bəzi təkliflər var. Amma konkret heç nə yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail